20 Oktyabr 2016 11:25
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Şəbnəm xanım, martda ana olacaqsınız, hamiləliyinizi necə keçirirsiniz?

- Şükür Allaha, hamiləliyimi yaxşı keçirirəm. Əsas odur ki, haqqımda yazılan xəbərləri oxumuram. Ona görə də daha yaxşıyam. Beşi düzdürsə, onu yalandır.

- Haqqınızda yazılanlara baxamayaraq, insanlar sizi daha çox sevməyə başladılar...

- Müğənni haqqında danışarlar. İnsanı istəyənlər də var, istəməyənlər də. Təbii ki, mənim şəxsi həyatımı, ailəmin içini heç kim görə bilməz. Şayiələr boş-boş danışanların özünə qaldı. Yaxşı müğənnini sevərlər. Hər zaman özümə qarşı sevgi qazanmışam. İnsanlara yaxşı tərəfdən yanaşmışam. Heç vaxt efirdə pis hərəkətimi görməyiblər. Hər zaman özümü xanım kimi aparmağı, davranışımı da bilirəm. İnsanlar insani keyfiyyətlərə dəyər verirlər. Məni sevənləri mən də sevirəm. Sevməyənləri də sevirəm. Bütün mətbuat nümayəndələrinə hörmətim var. Narazı deyiləm. Amma bundan sonra istəmirəm ki, şəxsi həyatımla bağlı olmayan şeyləri yazsınlar.

- Şəxsi həyatınızla bağlı yazılan xəbərlər problem yaratdımı?

- Xeyr heç bir problem yaratmadı. Amma ilk vaxtlar bir balaca əsəblərim korlandı, sonra həyat yoldaşım prodüserimə tapşırdı ki, haqqımda yazılan xəbərlərin heç birini mənə oxumasın.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər