Mətbuatda meyxanaçı Namiq Qaraçuxurlunun Rüfət Axundovun klipində çəkilən "Gaga" ləqəbli Leyla adlı xanımla evli olduğu haqqında xəbər yayılıb. Məsələ ilə bağlı Namiq Qaraçuxurlu ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tumadı.
Rüfət Axundov isə Teleqraf.com-a açıqlamasında Namiq Qaraçuxurlu ilə dost olduğunu və bu haqda danışmayacağını bildirib: "O, klipdə dörd-beş xanım çəkilib. Bilmirəm siz kimdən danışırsınız? Klip 2010-cu ildə çəkilib. Biz Namiqlə dostuq".
İfaçı əməkdaşımızın "Gaga" ləqəbli Leyla adlı xanım varmı?" sualına belə cavab verib: "Klipdə çəkilən xanımların adını bilmirəm. Kim kimlə evlənib, Allah xöşbəxt etsin. Bu haqda məlumatım yoxdur".
Qeyd edək ki, AZXEBER.COM saytında Rüfət Axundovun "Qəlb evimdən çıxdı getdi" mahnısında çəkilən "Gaga" ləqəbli Leyla adlı xanımla evli olduğu bildirilib.
Rəqsanə