12 Noyabr 2016 21:14
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp Amerika Birləşmiş Ştatlarının prezidenti seçiləndən sonra məşhur müğənni Beyonsa qəribə təklif gəlib.

Teleqraf.com-un xəbərinə görə, fransızların “Toulouse” futbol komandasının birinci heyəti Beyonsun namizədi Hillari Klintonun seçkilərdə uğur qazana bilməməsini əsas gətirərək, müğənniyə ölkəni tərk etməyi təklif edib. Onlar təklifi sosial media vasitəsilə elan ediblər.

“Salam Beyons! Artıq ABŞ-dan ayrılmağının vaxtı gəldi. Sənin yeni krallığın bizim stadionumuzdur”.

Pərvin


Müəllif: