Həmişə sənəti ilə gündəmə gələn aktyor Fərda Xudaverduyev bu dəfə şəxsi həyatından danışıb.
Teleqraf.com axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla" verilişə danışan Fərda həyat yoldaşının onu qısqanmadığını vurğulayıb.
"Həyat yoldaşım bilir ki, mən aktyoram. Hər cürə səhnələrdə çəkilə bilərəm. Belə açıq-saçıq işi olan adam onu efirdə eləmir. Efirdən kənar o qədər yerlər var ki, elə addımlar atmağa. Mən səhnədə rol oynayıramsa, guya, bilmirəm ki, onu evdəkilər izləyəcək?! 7 ildir xırda söz-söhbətlər olsa da, böyük söz-söhbətlər olmayıb", - deyə Fərda bildirib.
Ailəsindən danışan F.Xudaverdiyev iki oğlunun olduğunu və balaca oğlu Mətinin onun davamçısı ola biləcəyini qeyd edib.