“Sərhədçi” Olimpiya Mərkəzində noyabrın 12-13-də cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, çempionatda 34 komanda və bu komandadan 214 idmançı birincilik uğrunda mübarizə aparıb.
Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Orxan Əsgərzadə 73 kq çəki dərəcəsində 2-ci yerə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Zaur Tağıyev isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Hər iki idmançının məşqçisi Taleh Sadıqov və Rasim Babayevdir.
Yarışın baş hakimi Mamed Xudiyev olub.
İlhamə ƏBÜLFƏT