15 Noyabr 2016 16:02
3 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı Gülay Zeynallı Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Gülay xanım, yaradıcılığınızda vəziyyət necədir?

Yaradıcılığımda hər şey əladır. Yeni musiqilərimiz, işlərimiz var. Musiqisi İlhamə Adilqızına, sözləri Nazim Əjdərə aid “Bağışla məni” adlı mahnımızı təqdim etdik. Çox səs tələb edən musiqidir. Özbək musiqimiz də var. Yeni aranjemanda “Oyna-Oyna” mahnısını təqdim etmişik. Elmira Rəhimova ilə duet oxuyacağıq.

- Yaxın günlərdə verilişlərin birində qızınıza 2 manatlıq oyuncağı almamağınız birmənalı qarşılanmadı...

- Mənim sözümün canı o idi ki, övladımızın ərköyün olmaması üçün 2 manatlıq oyuncağı almadıq. Atası da mən də qızımıza bacardığım qədər əl uzatdığı hər şeyi alırıq. Amma uşaq yox sözünə də öyrəşməlidir. Fikirləşməsin ki, atam da, anam da tanınmışdır və nə istəyirəm, onu da alacaqlar.

- Kamil bəy qızınızın ərköyün olmasına şərait yaradır heç?

- Atası ərköyün öyrədir, mən isə çərçivəyə salıram. Bəzi bəylər deyir qızımın yox, oğlumun olmasını istəyirəm. O fikirlə razı deyiləm. Amma kişinin qızı olandan sonra qız uşaqlarını daha çox sevir. Kamil də qız uşaqlarını çox sevdiyi üçün övladımızı ərköyün böyüdür.

- Amma bəylərin çoxu oğul övladının olmasını istəyirlər...

- Oğul, yaxud qız olsun. Ən əsası əli-ayağı düz övlad olsun. Bizim üçün fərq etməz.

- Qızınıza qadağalar qoyursunuzmu?

- Qızım hələ körpədir. Çox qadağa qoya bilmirəm. Amma təbii ki, müəyyən yaşdan sonra qadağalar da, döyməklər də olacaq.

- Bacı-qardaş istəmir?

- Allahın qismətidir. Amma istəmərik ki, qızımız tək olsun.

- Tədbirlərə Kamil bəylə birlikdə gedirsiniz. Bu Kamil bəyin işlərini arxa plana atmır ki?

- Mən Kamilin, Kamil də mənim sənətimə hörmət edir. Amma hər bir şey imkan daxilindədir. Hər ikimizin işçiləri var. Onun vaxtı olmayanda tədbirlərə işçimlə gedirəm. Amma boş vaxt olan kimi birlikdə getmək bizə zövq verir.

- Yaxın günlərdə müğənni Xatunla küsülülüyə son qoydunuz. Küsülü olduğunuz həmkarınız varmı?

- Mənim kiminləsə kin-küdurətim yoxdur. Sadəcə olaraq, münasibətimizdə bir az inciklik olmuşdu. Boş-boş şeylərin üstündə. İnstaqramda Xatun məni çıxardı, mən də onu. Sonra dedi, bacı, əlim dəydi, sildim. Mən də dedim mənim də əlim dəydi (gülür). Biz küsülü deyilik, sənət yoldaşıyıq. Sadəcə, zarafat elədik.

Rəqsanə

FOTO: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər