Keçmiş duet ortaqları Fədayə Laçın və Tacir Şahmalıoğlu 5/5 verilişində qonaq olublar.
Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl münasibətlərinə və yaradıcılıqlarına son qoyan ikili küsülü olmadıqlarını açıqlayıblar. Fədayə Laçının sözlərinə görə, duet ortağı ilə düşmən kimi ayrılmayıb: “Tacirlə danışırıq. Şəxsən bizdə elə bir xasiyyət var ki, düşmən kimi qalmağı xoşlamırıq. Bir-birimizə salam veririk. Bir-birimizin duet ortağına qısqanmırıq”.
Fədayə Laçın şəxsi həyatından da danışıb: “Mən həmişə sevirəm və sevilirəm. Sevgisiz insan olmur”.
Verilişdə Tacir Şahmalıoğlu və Fədayə Laçın bir müddətdən sonra yenidən duet ifa ediblər.
İllər əvvəl ikilinin sevgili olduğu deyilib.
Aylin