Türk kinosunun sultanı Türkan Şoray Bakıda qonaqdır.
Aktrisa Teleqraf.com-a açıqlamasında vətənimizə gəlməkdən şad olduğunu deyib: "Təkrar Bakıda olmaqdan çox şad oldum. Sevənlərimə bizi yalnız buraxmadıqları üçün təşəkkür edirəm. Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. Mehriban insanların münasibəti məni çox sevindirir. İnsanların sevgisini hiss edirəm. Bütün azərbaycanlıları çox sevirəm".
Xəzər Universitetində Türkan Şorayla görüş keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral,
xalq şairi Sabir Rüstəmxanlı, xalq artistləri Rasim Balayev, Fidan Hacıyeva, Ramiz Quliyev və s. iştirak ediblər.
Rəqsanə