Mətbuatda müğənni Nadir Qafarzadəylə Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verməsi xəbəri yayılıb.
İfaçı Teleqaf.com-a açıqlamasında bu xəbəri təkzib edib: “Mən “Aeroflot”la yox, “Azal”la uçmuşam. Bu xəbər kökündən yalandır. Məlumatı dəqiqləşdirmək üçün mənə bir jurnalist zəng etdi, dedim yalandır. Bu tip xəbərləri düşmənlərim yayır. Mən heç siqaret çəkmirəm, o ki qaldı içki. Bəzi saytlar bilmirlər barəmdə nə yazıb reytinq qazansınlar. Amma indidən xəbərdarlıq edirəm ki, hər hansı bir əsassız yazı dərc edənlər qanun qarşısında cavab verməli olacaqlar”.
Aylin