4 İyul 2014 14:52
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) müğənni Əli Mirəliyev haqqında söylədiyi fikirlər cavabsız qalmayıb.

Ə.Mirəliyev Rəmişə cavab verib:

“Birincisi, mən qalmaqal eləmirəm. Bir insanın ailəsinə, şəxsi həyatına qarışsam, bu qalmaqal sayılar. Mən yalnız müğənnilərin ifasını bəyənməyəndə, nəsə deyirəm. Rəmiş məni yaxşı tanıyır. Bilir ki, fikrimi dəyişən deyiləm. Əgər mən hansısa müğənnin ifasında qüsur görürəmsə, onun iradını üzünə deyirəm. Kim onu qalmaqal bilirsə, demək onun ağlı ora qədərdir. Qalmaqal başqa, irad başqa şeydir. İstəmirəm ki, müğənnilər səhv oxusunlar. Rəmiş mənim qarşıma şərt qoya bilməz. Mən öz fikrimdə qalıram. Hərənin öz işi var. Mən müğənniyəm, Rəmiş gitara çalandır. Mən müğənni kimi həmkarlarımın ifasına münasibət bildirirəm. Mənim qarşıma heç kim şərt qoymasın”.

Qeyd edək ki, gitara ifaçısı Rəmiş Ə.Mirəliyev haqqında bu sözləri söyləmişdi: “Bilirsiniz, Əli Mirəliyev hərdən qalmaqallar yaradır. Mən ondan narazıyam. O, bir zamanlar musiqi alətində ifa edən, daha sonra müğənnilik edənlərə lağ edir. Amma səhv edir. Mən düşünürəm ki, bir ifaçı əvvəl musiqi alətində ifa edirsə, daha sonra müğənni olursa, o daha da gözəl oxuyar. Məsələn, Cavanşir Məmmədov. O, bizim ansamblda qarmon çalıb. İndi müğənnidir. Gözəl də oxuyur. Bəsdir Əli, bu qalmaqallara son qoy”.

/lent.az/


Müəllif:

Oxşar xəbərlər