Fransa Futbol Federasiyasının İntizam Komitəsi "Nitsa"nın hücumçusu Mario Balotellini cəzalandırıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna onun "Bordo"ya qarşı matçda qırmızı vərəqə almağı səbəb olub. Buna görə italiyalı oyunçu 2 matçlıq cəzalandırılıb.
Bu isə o deməkdir ki, Balotelli ölkə çempionatında "Mets" və "Bastiya" ilə görüşləri buraxacaq.