Müğənni Ebru Gündeş üç illik fasilədən sonra yeni albom hazırlıqlarına başlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı çoxdan gözlənilən albomunu apreldə təqdim etmək fikrindədir.
Artıq mahnı seçimləri edən və yaxın zamanda səsləndirmələr üçün studiyaya girməyə hazırlaşan Ebrunun sənət dünyasındakı məşhur adlarla əməkdaşlıq etdiyi iddia olunur.