24 Yanvar 2017 12:39
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq ürəyim buz atıb. Sevgi hissi mənim üçün buza çevrildi. Həyatdır da... Depressiyada idim, axırda özümü silkələdim ki, düşmənlər sevinir, qalx ayağa”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Mehriban Xanlarova “Xəzər maqazin”ə açıqlamasında deyib.

Aktrisa bir çoxlarının sənətdə ona mane olmaq istədiklərini söyləyib: “Dəfələrlə məni filmdən, serialdan çıxartdırıblar. Nömrəmi istəyəndə, mane olublar ki, Bakıda qalmır. Dövran elə gəlib ki, həmin insan özü qarşıma çıxıb. Göydə Allah var, hər şeyi görüb. İtkidən pis qorxuram. Cavan ata, bacı, qardaş itirmişəm. İndi itki mənim üçün əzabdılr, onu pis keçirirəm”.

M.Xanlarova ailəsinin xəyanətə görə dağıldığını bildirib: “Dəfələrlə yoldaşımı bağışlamışdım. Sonda bağışlaya bilmədim. Xoşbəxtliyimə mane olan, ailəmi dağıdan xanım idi, gəldi getdi. Kiminsə göz yaşına səbəb olan xoşbəxt ola bilməz. Artıq analıq hissindən də məni məhrum etdilər".


Müəllif:

Oxşar xəbərlər