25 Yanvar 2017 15:01
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsəblərim korlanıb, səhhətimdə problem yaranıb. Müalicə alıram, hətta gecələr yatmaq üçün dərman da atıram”.

Bu sözləri Axşam.az-a açıqlamasında yumor ustası Fərda Xudaverdiyev deyib.

O bildirib ki, sosial şəbəkədə ünvanına yazılan təhqirlərdən sonra psixoloji problemləri yaranıb: “Tənqidə hər zaman açığam. Amma ünvanıma təhqirlər yazılır. Qohumlarım da üstümə düşüb, onlara cavab verməyimi istəyirlər. Yaxınlarımın bu reaksiyası da səbr kasamı daşdırdı. Yazılan sözlərə fikir verməmək olmur. Bir müddətdir sakitləşdirici dərmanlar atıram. Amma artıq psixoloqa müraciət edəcəm. Bir necə həkimlə danışmışam, içlərindən birini seçib gedəcəm. Bizdə uğur qazananları qəbul etmirlər”.

F.Xudaverdiyev yaxın zamanda “Selfinaz”ın ikinci hissəsinin olacağını söyləyib: “Şirkətlə müqaviləmizə görə, bu il də eyni tarixdə "stand-up" etməliyik. Hələ ki səhhətimlə məşğulam, imkan versə, edəcəm. Şirkətin ssenaristləri də, özüm də nələrsə yazıb hazırlayırıq. Olub-olmayacağı fevralın ortalarında dəqiqləşəcək”.


Müəllif:

Oxşar xəbərlər