Türkiyənin Zonquldak şəhərinin millət vəkili Ünal Demirtaş həmyerlisi, müğənni Murad Bozu tənqid edib.
Axşam.az-ın "Sözcü"yə istinadən məlumatına görə, o, ifaçını konstitusiyaya dəyişiklik etmək üçün keçirilən referenduma dəstək kampaniyasına qoşulduğuna görə qınayıb: "Bizim ərazilərdən bəzi müğənnilər, idmançılar kampaniyaya qoşulublar. Onlardan biri də Türkiyədə kifayat qədər tanınan sənətçi Murad Bozdur. Biz ona bir ananın övladı olduğu üçün "xain övlad" deyə bilmirik. Amma "xeyirsiz övlad" deyirik".