2 Fevral 2017 16:16
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com məşhur aparıcı Samir Bayramlı ilə müsahibəni təqdim edir:

- Samir bəy, nə zaman efirə qayıdırsınız?

- Bir ildir televiziyada çalışmıram. Bir-iki təklif var, dəyərləndirəcəm. Hələ sezon ortasıdır. Hər yerə də getmək istəmirəm.

- Necə formatlı veriliş aparmaq istərdiniz?

- Ən əsası verilişdə özümü görməliyəm. Efir xətrinə aparıcılıq etmək istəmirəm. Sevdiyin işi ürəkdən görmək lazımdır. İnşallah, qismət...

- Efirsiz darıxırsınız?

- İnsan çox sevdiyi işlə məşğul olmayanda darıxır.

- Niyə ATV-dən çıxdıqdan sonra həmkarlarınız kimi digər kanallara müraciət etmədiniz?

- Heç zaman heç bir kanala müraciət etməmişəm. Bazarda mal satmıram ki, gedib alıcı axtarım. Mən aparıcıyam və indiyə qədər layihələrimi bəyəndikləri üçün verilişlərə dəvət ediblər. Əslində, bütün dünyada: Rusiyada, Türkiyədə bu sistemlə çalışırlar. Təəssüf ki, Azərbaycanda elə deyil.

- Bəs nə ilə məşğulsunuz?

- Toylara gedirəm. Azərbaycanda toya gedən ilk iki aparıcıdan biri mən olmuşam. Onda sosial şəbəkədə foto paylaşıb “Ay camaat, biz toydayıq” deyə reklam etmirdik.

- Toyda aparıcılıq etməyi prestij hesab edirsiniz?

- Xeyr, elə deyil. Əgər sizi toya dəvət edirlərsə, niyə də getməməlisiniz? Biri var kimisə kənarlaşdırıb, toya özün gedirsən, biri də var, insanlar səni tədbirlərində görmək istəyirlər. Bu, işimizin bir hissəsidir. Toy aparmaq nə prestij, nə də antiprestijdir.

- Sirr deyilsə ayın neçə günü toya gedirsiniz?

- Mən həyatımı maddi cəhətdən toya bağlayan insan olmamışam. Aparıcının işi yalnız toy aparmaqdan ibarət deyil. Tədbirlər var, obyektlərin açılışı var. Ayın beş günü və yaxud da iki aydan bir də toya gedə bilərəm. Camaatın beş toydan qazandığını, mən bir toydan qazanıram. Biznesim də yoxdur.

- Tədbirlər olmasa, neyləyərdiniz?

- Camaat nə eləsə, mən də onu.

- Məsələn?

- İdeya satardım. Dünyada camaat ideya satmaqdan milyonlar qazanır.

- Qarşıdakı planlarınız nələrdir?

- Maşınımı satmaq istəyirəm. Çünki yeni maşın alacam.

- Avtomobilinizi kreditlə almısınız?

- Guya hamı avtomobilini nəğd alır?

- Markasını bilmək olar?

- “BMW” markalı maşındır. Üç ildir sürürəm. Maşınımı razılaşma yolu ilə satacam. Bir-iki maşın bəyənmişəm. Bununla yanaşı evimi təmir etmək və verilişə başlamaq istəyirəm.

- Şəxsi evinizdir?

- Bəli, kirayə qalmıram. Valideynlərimlə yaşayıram. Yeni binalarda da evim yoxdur (gülür).

Rəqsanə

Fotolar: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər