Əfsanəvi futbolçu Ronaldinyo "TV8" kanalında yayımlanan "Üç adam" verilişinə qonaq olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, braziliyalı eks-futbolçu stolüstü futbol oyununda aparıcılar Eser Yenenler, İbrahim Büyükak ve Oğuzhan Koça qalib gəlib.
Esen uduzduqdan sonra belə deyib:
"Uşaqlıqdan oynadığımız oyunda Ronaldinyoya uduzaraq biabır olduq".
Ronaldinyo isə "Məğlub olmağı sevmirəm" deyərək hər kəsi güldürüb.
Verilişdə həmçinin futbolçu barəsində çıxan yanlış və əyləncəli xəbərlər də göstərilib.