Ötən gün dünyasını dəyişən Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kübra Dadaşovanın sosial şəbəkələrdə sağlığında çəkilən son videosu paylaşılıb.
Videonu ilk olaraq teatrın aktyoru İlham Əsədov feysbuk hesabında paylaşıb: “Kübra xanım bizə can sağlığı arzuladı. Amma özünü qoruya bilmədi. 50 gün əvvəl çəkilən son çıxışı...”
Teleqraf.com həmin videonu təqdim edir: