15 Fevral 2017 13:59
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə xalq artisti İlhamə Quliyevanın repertuarındakı populyar "Səninəm" mahnısını oxuyub.

Teleqraf.com-a açıqlamasında ifaçı mahnının sözləri Baba Vəziroğluna, musiqisi Faiq Sücəddinova məxsus olduğunu deyib: "Faiq Sücəddinov bəstəsi olan bir neçə mahnı lentə yazdırmışam, davamı da olacaq. Bu mahnını İlhamə Quliyevanın repertuarında çox sevdim. İlhamə xanımın mahnıları onun sərvətidir. Düşünürəm ki, onun sərvətini mənimsədiyim üçün ruhu şad olacaq. Çünki mahnıları hər zaman qəlblərdə yaşayacaq".

Qeyd edək ki, bəstənin aranjimanı Rübail Əzimova həvalə olunub.

Aylin


Müəllif: