21 Fevral 2017 00:25
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Ancelina Coli Kambocada çəkdiyi "Birinci mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father: A Daughter of Cambodia Remembers") filmini təqdim edib.

Qala gecəsində ən çox diqqət çəkən Colinin Bred Pittdən olan böyük qızı 12 yaşlı Şilo olub.

Körpəlikdən oğlan kimi geyinməyi sevən Şilo bu dəfə də qardaşlarından fərqlənməyib. O, tədbirə boz rəngli oğlan kostyumunda, qısa saçlarda qatılıb. Bu isə onun cinsiyyət dəyişmək istəyi haqda iddiaları gücləndirib.

Qeyd edək ki, bir müddət əvvəl müsahibəsində Bred bildirib ki, qızı öz adını sevmir və ona Con deyə müraciət edilməsini istəyir.

Ancelina da qızının oğlan kimi davrandığını, oğlan olmaq istədiyini etiraf edib.
/Axşam.az/




















Müəllif: