“Hər teatrın öz binası olmalıdır. Teatr aktyorun sığındığı, arxalandığı ocaqdır, evi qədər doğmadır. XXI əsrdə sənət nümayiş etdirən, məktəb yaradan, tamaşaçı auditoriyası olan teatrlara sərgərdan həyat yaraşmaz”.
Teleqraf.com xəbər verir ki, bu sözləri bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə yazıb.
“Ölçüsündən, tamaşaçı sayından asılı olmayaraq hər teatrın çox doğma ab-havası olur. Çünki oranın sevilməsi üçün verilən əmək, enerji, zəhmət bu zamanədə sözün əsl mənasında təmənnasızdır. Hər sənət adamının sənətə sərf edəcəyi zamana və yaxşı həyata haqqı var.
Min bir əziyyətlə tamaşa hazırlayıb onu yüzlərlə insan qarşısında oynamağın mümkün olduğu zamanda niyə bu qədər az adam görür bu əsərləri. Uşaq baxçalarında, ibtidai sinfin əlifba bayramında belə burdakından dəfələrlə çox adam olur.
Aktyor imkanlarını teatrda, tamaşaçı kütləsi qarşısında realizə etməlidir. Yaxın günlərdə Yuğ Teatrının tamaşalarını öz səhnəsində görmək arzusu ilə...”
Pərvin