10 İyul 2014 12:52
3 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sənət aləminin tanınmış simaları gecə saatlarında Fransaya yollanıb.

Məşhurların səfərinin məqsədi orada dünyaca məşhur “Fort Boyard” yarışmasına qoşulmaqdır.

Yarışmada ATV telekanalının aparıcıları Afaq Gəncəli, Nərgiz Vahabqızı, Günay Firudinqızı, Kəmalə Piriyeva, Rüfət Ağayev, Kamilə Babayeva, aktyorlar Elşən Orucov, Ramin Babayev, Fərda Xudaverdiyev, əməkdar artist Vəfa Zeynalova, müğənni Günay İbrahimli, Nadir Qafarzadə, Xəyyam Nisanov, Elnur Məmmədov, Rəqsanə İsmayılova, Samir Cavadzadə, Elmir və başqaları iştirak edəcək. Verilişin aparıcılığı Mətanət Əliverdiyeva və Zaur Baxşəliyevə həvalə olunub.

Qeyd edək ki, “Fort Boyard” yeni mövsümdə ATV telekanalında yayımlanacaq.

Fort Boyard qalasında keçirilən yarışma öz qeyri-adi oyun qaydaları ilə tanınır.
Müsabiqənin qalib komandasına böyük miqdarda pul mükafatı hədiyyə edilir. Sözügedən veriliş ötən il də çəkilmiş və ATV-də yayımlanmışdı.

/axşam.az/


Müəllif: