11 İyul 2014 14:05
1 740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zaur Rzayevin oğlu Azər Rzazadə dünyanın tanınmış “La Scala” vokal akademiyasına qəbul olub.

Bu haqda xalq artisti Zaur Rzayev məlumat verib:

“Oğlum 4 ildir İtaliyada oxuyur. Nəhayət öz istədiyinə nail oldu. O, müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın məşhur “La Scala” vokal akamediyasına qəbul olub və orada iki il yarım təhsil alacaq. İndiyə kimi yalnız Müslüm Maqomayev 6 ay tanınmış akademiyaların birində dərs keçib. Bu fövqəladə haldır. Azər hazırda ölkənin birinci xanımı Mehriban Əliyeva ilə Fransada-Kannda böyük tədbirin açılışındadır. Nə keçmiş, nə müasir tariximiz boyu belə bir hal baş verməyib”.

/qafqaz.info/


Müəllif: