29 Mart 2017 23:39
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Cinema plus"da "Yarasa art pictures"in istehsal etdiyi "The game" filminin qala gecəsi keçirilib. Filmdə türkiyəli aktyor Eray Türk, Pərvin Abıyeva və bir çox aktyorlar çəkilib.

Pərvin Abıyeva Teleqraf.com-a açıqlamasında film çəkilişlərinin çətin keçdiyini deyib: "Filmdə döyüş səhnələrində çəkilmişəm. Hətta döyüş səhnələrinə görə bir ay dərs aldım. Əlimdə və ayağımda sağ yer yox idi, göyərmişdi. Amma həyatda döyüşkən insan deyiləm. Çəkilişlərim üç gün davam etdi. Vaxtımın olmadığına görə səhnələrimin çoxu çəkilmədi. Filmdən verilən qonarar da qanedicidir".

Türkiyəli aktyor Eray Türk isə Azərbaycan filmində çəkilməsindən məmnun olduğunu deyib: "Film iki ilə çəkildi. Azərbaycan dilini anlamaqda bir az çətinlik yaşadım. Amma hər şey gözəl keçdi. İndiyə qədər Azərbaycan filmlərini izləməmişəm və tanıdığım aktyor yoxdur. Filmdən 30 min manata yaxın qonarar aldım".

Türk Eray "Kurtlar vadisi" serialında "Yıldırım" obrazına çəkilib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər