Teleqraf.com xəbər verir ki, bu haqda bəstəkar-müğənni Murad Arif məlumat verib.
Medianın buraxılmadığını toyun detalları barədə məlumat verən Murad Arif toyun gecə saat 4-ə kimi davam etdiyini bildirib:
"Dostumun toyu bitdi. Xəyyam Murad Arifin Azərbaycan şou-biznesində dost deyə biləcəyi nadir adamlardandır. Məni az-çox tanıyırsınızsa, bu fakt çox şeydən xəbər verir, yəqin... Bax, belə bir oğlanın toyu idi...
Toy nə toy... Moskvadan gələn Balet truppası, rejissorlar, İsraildən gələn jazz-funk qrupu, Buta Palasın bugünədək gördüyü ən gözəl dekor, Ani Lorak, Leonid Aqutin... Toy gecə saat 4-ə qədər davam etdi.
Ayaqlarım sızlayır. Həftələrlə hazırlaş, ideyalar, təkliflər, studiyada Xəyyamdan xəbərsiz sürprizlər, tərtibat, masalar, dəvətnamələr, müzakirələr, danışıqlar, dünən nikah məclisi idarə etmək, bu gün qonaqları qarşılamaq, yola salmaq, səhnədən təbriklərim, stress, həyəcan, kövrəlmək, coşmaq... Nə deyim e? Azı 2 kilo çəki itirdim.
Buna dəyərdi! Müzakirəsiz, müqayisəsiz məsələdir ki, Azərbaycan şou dünyası bu günədək belə toy görməyib! Bu, sadəcə ilin toyu yox, şou dünyasının başına gələn 1 nömrəli toyu idi və Xayyam da məhz belə toya layiqdir!"
Qeyd edək ki, Xəyyam Nisanovun toy mərasimi ötən gün baş tutub.