Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, cütlük bu qərarını mətbuata belə açıqlayıb:
“Böyük hörmət və sevgi ilə 18 illik bərabərliyimizi sonlandırmaq qərarına gəldik. İndi əsas prioritet mövzumuz –övladlarımızın bu durumdan xəsarət almamasıdır. Mediadan bu müddət ərzində qərarımıza hörmətlə yanaşmasını xahiş edirik!”
Cütlük bəyan edib ki, ayrılsalar da övladlarını birlikdə tərbiyə edəcəklər.
2000-ci ildə ailə qurmuş Ben Stillerlə Kristin Teylorun iki övladı var: bir qız, bir oğlan.