27 May 2017 13:57
2 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Zuhal Topalla” izdivaç verilişində azərbaycanlı model Əli Əkbər canlı yayımda ilk sevdiyi qızla üzə-üzə gəlib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Əli aylar öncə verilişə azərbaycanlı iştirakçı Naza namizəd olaraq gəlmişdi.

Bir müddət sürən münasibətlərdən sonra Nazdan həmişəlik ayrıldığını bildirən model öz namizədini gözləməyə davam etmişdi.

Ötən verilişdə isə Əlinin ilk sevdiyi qız - Nurlana “Zuhal Topalla” izdivaç verilişinə qatılıb.

Bir neçə veriliş öncə Əli efirdə ilk sevdiyi qızdan bəhs edərək, onu tez-tez xatırladığını dilə gətirmiş, ardından da Nurlana canlı efirə telefon vasitəsilə qoşularaq hər kəsi təəccübləndirmişdi.

Bundan sonra Əli iki dəfə Nurlananı canlı efirə dəvət elədi. Ötən gün isə verilişə qatılan Nurlana Əli ilə münasibətlərinə yeni bir şans vermiş oldu.

Əli Nurlanadan ayrılmasına səbəb kimi maddi durumunun o zamanlar qənaətbəxş olmadığını əsas gətirib. Nurlana isə Əlinin illər öncə səbəbsiz və ani verdiyi qərara, eləcə də digər məqamlara mənfi münasibətini açıqlayıb:

“İllər sonra Əlinin başqa bir qadını sevdiyi üçün bu verilişə gəldiyini görəndə şok oldum. Depressiyaya düşdüm. Amma yenə də verilişi izlədim. Həmişə içimdə mənim adımı çəkər deyə bir ümid vardı. İndi özümə hirsliyəm. Ona görə ki, bura gəlməklə ilk addımı mən atdım. Gəldiyimə peşman deyiləm, amma niyə zəng etdiyimin, niyə bura gəldiyimin səbəbini bilmirəm”.


Müəllif: Pərvin

Oxşar xəbərlər