Teleqraf.com xəbər verir ki, bu sözləri Tamilla Hüseynəliyev həyat yoldaşı Eltonun “Maşın şou”da aktyor Elcan Rəsulova SMS mübarizəsində uduzmasına sosial şəbəkədə münasibət bildirərkən yazıb.
O qeyd edib ki, Elton şərt kəsib, şouya getmişdi:
“Elton şoudan onsuz da çıxmalı idi. Murad Dadaşov da bilirdi ki, o, şouya bir günlük qoşulmuşdu. Bunu mənim yaxınlarım da bilir. O heç ora getməyəcəkdi, sadəcə, daxili mədəniyyəti yox deməyə yol vermədi. Yalnız şərtini öncədən söyləyib getdi.
Yəqin efirə baxdınız. Deyəsən Eltonun “Siz gözəl aparıcısınız, amma mən də Eltonam” sözü Murada da xoş gəlmədi. Məncə, hər şey aydındı!
Mən sözümü əvvəldən demişdim. Hər kəs bilir ki, Elton SMS problemi yaşayanlardan deyil. Oyun ki oyun...”