21 İyun 2017 17:50
4 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus dili mübahisələrinə ARB TV-nin tanınmış aparıcısı Ulvira Qarayeva da qoşulub.

Teleqraf.com-un məlumatına görə, sosial şəbəkədə yazdığı statusda tele-aparıcı tənqidi mövqe nümayiş etdirib: “Rus məktəbi oxumaqla o insanlar fəxr edir ki, ailələri rusdilli deyil. Özü də elə fəxr edirlər ki, elə bil kosmosa uçublar”.

Məşhur teleaparıcı qızının Azərbaycan sektorunu bitirdiyini, həm doğma dilində, həm rus, həm də ingiliscə sərbəst danışdığını fəxrlə qeyd edib:

“Uşaqlarını qoyurlar rus sektoruna, özlərini də rusdilli hiss eləməyə başlayırlar. Rus sektorunu bitirən mən təmiz öz dilimdə danışıram, onlar ana dilimizə rus sözlərini qatırlar, guya bomba rusdillidilər”.


Müəllif: Könül Əlibəyli