Bu sözləri Roza Zərgərlinin prodüseri, rejissor Anar Əliyev Teleqraf.com-a danışarkən deyib. İspanyola üslubunda çəkiləcək klipdə qaraçı taborunun prototipi əks olunacaq. Anarın dediyinə görə, mahnı yeni olmasa da, klip mahnını yenidən sevdirəcək. Bu ritmik mahnıdan sonra isə ard-arda 2 klip də çəkiləcək:
“1 ay ərzində 3 klip çəkməyi planlaşdırırıq. Hər şey istədiyimiz kimi getsə, hətta 4 klip də işləyə bilərik”.
Qeyd edək ki, Roza Zərgərli ilə Anar Əliyevin birgə işi olacaq klipin konkret süjet xətti yoxdur və Rozanın xüsusi geyimlərdə qaraçı rəqslərinə bənzər ispanyola üslublu rəqsləri gözənilir.