Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Damla deyib. O, yeni mahnısına çəkdirdiyi klipi aşiqlərə həsr etdiyini bildirib:
“Zalımlar”adlı bu mahnı içimdə qəribə hisslər doğurur. Əslində hər yeni mahnımdan sonra özümdə yeni bir şey kəşf edirəm. Bu mahnı məni o qədər uzaqlara aparır ki… Əminəm ki, mənim ruhumda olan insanlar mahnının nəqarətini xüsusilə sevəcəklər. Yenə yaralı aşiqlərin acısını ovudacaq bir bəstə gəlir.
Çox maraqlı klip alınıb. Əslində biz çəkilişləri 1-2 ay öncə bitirmişdik. Sadəcə işlərin çoxluğundan klipin hazırlıq və montaj işlərini yekunlaşdıra bilmirdik. Klipə görə mahnını da ortalığa çıxartmamağa qərar verdik ki, mahnı klipsiz yayılmasın. İnşallah, sentyabrda klipi təqdim etməyi planlaşdırırıq”.
Qeyd edək ki, klipi Damlanın Bakıdakı əksər kliplərini çəkən “Dələ” ləqəbli Cavid Orucov çəkib. Klipin xüsusi ssenarisi yoxdur.