2 Avqust 2017 16:53
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevilən müğənni Damla avqustun 4-də Astarada, avqustun 6-da və 13-də isə Lənkəranda konsert verməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Damla həmçinin yeni bir layihəyə start verib. Bu layihənin nədən ibarət olduğunu o, hələ açıqlamaq istəmir:

“Doğrudan da güc birlikdədir. Heç zaman qazandığım uğurlarımda “Bunu mən etdim” ifadəsini işlətmədim. Bunu biz etdik. Bu gün növbəti uğura imza atdıq. Mən bu anın xəyalını illərlə qurmuşam. Bu gün o zəhmətin bəhrəsini görmək mənə dünyaları verdi. Təşəkkürlər!”


Müəllif: Könül

Oxşar xəbərlər