Teleqraf.com xəbər verir ki, onlar Şahinin oğlu Seyid Əlinin doğum gününə qatılıblar. Balaca Əlinin 2 yaşı tamam olub.
Mərhum rejissorun həyat yoldaşı Səbinə Zəkizadə (Allahverdiyeva) sosial şəbəkədə bu sözləri yazıb:
“Gecənin son sürprizi… Çox sevindim ki, unutmadınız. Şahinin illərlə dostluq etdiyi iki dostu gəlmişdi. Çox sağ olun. Məni çox kövrəltdiniz. Var olun, Roza Zərgərli və Təranə Səmədova”.
Tanınmış rejissor Şahin Zəkizadə bu ilin fevral ayında qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.