25 Sentyabr 2017 15:06
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qayınanam məni döymüşdü, anamgilə getmişdim. O boğazımı elə sıxmışdı ki, az qalmışdı sümüklərim sınsın.

Teleqraf.com xəbər verir ki, bu sözləri ARB TV-də Yeganə Cansailin təqdimatında yayımlanan “Boş anlar” verilişinin qonağı olan əməkdar artist Elza Seyidcahan deyib.

Əməkdar artist ilk olaraq uğursuz evliliyindən söz açıb:

“19 yaşımda 2 övladım var idi. 17 yaşım tamam olmamış evlənmişdim. Evlənmək qərarını oğlan evi aldı. Dedilər ki, verməlisiniz, almalıyıq və getməliyik. Nənəmgilə getmişdilər. Nənəm elə bilmişdi ki, artıq bunlar “hə” alıblar. Ona görə nənəm “hə” demişdi. Mən yuxudaydım. Bir də gördüm qapı açıldı. Qayınanam boğazımdan yapışdı. Sonra dedilər ki, zarafatdır”.

Sənətçi daha sonra ailəsini qayınanasının dağıtdığını bildirib:

“12 il boşanmadıq. Boşanmaq istəmirdik. Həyat elə gətirdi ki, ayrıldıq. Əslində, bizim ailəmizdə problem olmayıb. Sadəcə, kənardan qayınanam müdaxilə etdi. Bu sənətdə olmağıma görə də 2 nəfərə borcluyam. Qayınanam ailəmi dağıtdı, anam da məni oxutdu”.

Elza Seyidcahan ailəli olduğu zaman şiddətə məruz qaldığını deyib.

“Qayınanam məni döymüşdü, anamgilə getmişdim. Evdən heç nə götürmədim. Texnikumda oxuyanda bilirdilər ki, musiqi bəstələyirəm. “Şəhidlər balladası”ndan xəbərləri var idi. Sumqayıtda Kimyaçılar sarayında şəhidlərin 1-ci il dönümündə mənə təklif etdilər ki, siz bunu ifa edin, bacınız oxusun. Bunu qayınanama çatdırmışdılar. Qayınanam xəbər göndərmişdi ki, əgər o, səhnədə ifa etsə, yoldaşı ona gəlib gül verəcək, onla da bu iş bitəcək, boşanacaqlar. Mən ailəmi müqəddəs tutdum və getmədim”.

Sonda müğənninin bacısı Rasimə Seyidcahan hətta qayınanasının Elzaya şər atdığını da qeyd edib:

“Yoldaşı işdən gələndə Elza ona çay süzmək istəyirdi. Artıq nə edirdisə, bu arvadı qıcıqlandırırdı. Elza çay süzəndə qayınanası gəlib saçından tutmuşdu. Elzanın da əlində çaydan var imiş. Bir az qayınanasının üstünə su tökülmüşdü. Qayınanası gedib xəstəxanada yatmışdı ki, gəlin mənim üstümə qaynar su tökdü. Yoldaşı o vaxt qorxmuşdu. Demişdi ki, səni aparım anangilə, özüm də Rusiyaya işləməyə gedim. Sonra qayıdanda demişdi ki, gəl gedək evimizə. Elza razı olmamışdı”.

Proqram Elzanın ailə həyatı ilə bağlı səmimi etirafları ilə yadda qalıb.

Qeyd edək ki, Teleqraf.com “Boş anlar” verilişinin informasiya dəstəkçisidir.


Müəllif: Könül

Oxşar xəbərlər