6 Noyabr 2017 12:38
1 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk müğənnisi Dəmət Akalın köhnə evində 1 milyon türk lirəsini (təxminən 400 min manat) unudub.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni illərdir yaşadığı villasını sataraq 18 milyon türk lirəsinə (7 milyon 200 min manat) lüks villa alıb.

Köhnə evi təmir edən ustalar yataq otağında kağıza bükülü bir şey görüblər. Onu tullantı zənn edib zibil qutusuna atmaq istədikləri vaxt 1 milyon türk lirəsi yerə səpələnib.

Ustalar 1 milyonu unudan Dəmətə bu barədə məlumat veriblər. Müğənni pulları götürmək üçün adam göndərib, amma ustalara xəbər verdikləri üçün heç bir hörmət etməyib.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər