2 Dekabr 2017 22:14
1 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tanınmış teleaparıcısı Viktoriya Lopıryeva ölkəsində keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının səfiridir. Məşhir futbolçu Qvardiola ilə çəkdirdiyi fotodan sonra o, haqqında ən çox danışılan şəxslərdən biri idi. Teleaparıcı bununla bağlı sualları cavablandırıb. Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Qvardiola ilə çəkdiyiniz şəkli haqqında nə deyə bilərsiniz?

- Futbol sahəsində çoxlu dostlarım var. Pep Qvardiolanı yaxşı məşqçi və yaxşı bir insan kimi tanıyıram. Mənim bir çox tanınmış futbolçularla fotolarım var. Mən onları tez-tez sosial media hesabımdan paylaşıram.

- 2018-ci il dünya kubokunda Rusiyanın səfirlərindən birisiniz. Bu necə baş verdi?

- 10 ildən artıqdır ki, futbol sahəsindəyəm və FİFA futbolunun humanitar missiyasına inanıram. Futbol sadəcə, TV və ya stadionda seyr edib zövq aldığımız bir matç deyil. Futbol həm də insanları bir araya gətirmək və bütün maneələri qırmaq gücünə malik bir vasitəsir. FIFA dünyada təhsil, sağlamlıq və mövcud standartları təkmilləşdirmək və həyatı yaxşılaşdırılmaq üçün bir platforma təmin edir. Buna görə də 2018-ci ildə ölkəmi dünya səviyyəsində təmsil etmək məsələsində tərəddüd etmədim.

- Dünya kubokunda hansı ölkəni dəstəkləyəcəksiz?

- Şübhəsiz ki, 2018-ci ildə ölkəmi - Rusiyanı dəstəkləyəcəm.

- Sizin üçün ən xarizmatik məşqçi kimdir?

- 3 məşqçinin adını çəkə bilərəm. Diego Simeone, Pep Qvardiola və Joze Mourinyo.

- Bəs sizin üçün ən yaxşı futbolçu kimdir?

- Sevimli futbolçum Lionel Messidir. Mən ən gözəl futbolçunu şəxsən demək istəyirəm (gülür).

- Sevdiyiniz bir komanda varmı?

- "Rostov Don"u dəstəkləyirəm. Onlar mənim şəhərim Rostov və Rusiya adına tarix yazırlar. Avropa Liqasında son 16 komanda arasında oldular və "Mançester Yunayted"ə çatdılar. Onlara uğurlar arzulayıram və mən mütləq martın 9-da stadionda olacağam.

- Sevdiyiniz idman hansıdır?

- Şübhəsiz ki, bu, futboldan başqa bir şey ola bilməz. Futbol dünyanın bütün şəhərlərini ziyarət etmək, oyunu coşğu ilə izləyən insanlarla görüşmək və yeni mədəniyyətlərlə tanış olmağa imkan verən həyat tərzidir.


Müəllif: Nahid

Oxşar xəbərlər