“Kainat Gözəllik Müsabiqəsi-2017”də İraqı təmsil etmiş Sarah İdan İsrail rəqibi Adar Gandelsmanla şəkillər çəkdirdiyi üçün öldürülməklə hədələnib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Sarah İdan rəqibi ilə çəkdirdiyi şəkli sosial şəbəkədə “Sülh və sevgi” sözləri yazaraq paylaşıb.
İraqda yaşayan sosial şəbəkə istifadəçiləri Idanın bu şəkillə İsrailə dəstək verdiyini düşünərək onu ölümlə təhdid ediblr.
Sarah Idan açıqlama verib: “Bu şəkillər sadəcə iki ölkə arasında sülhün bərqərar olması üçün bir ümid və istək üzərindən paylaşılıb”.
Bu açıqlamadan sonra da Sarah Idan və ailəsi hədələrdən xilas olmayıblar. Nəticədə gözəllik müsabiqsəinin iştirakçısı ailəsi ilə ABŞ-a qaçıb.
Adar Gandelsman isə bu məslədən çox sarsıldığını bildirib: “Sarah Idan yaşadıqları qorxuya görə ailəsi ilə ABŞ-a köçdü. Bir müddət orada yaşayacaqlar”.