Son zamanlar xeyli arıqlayan Türkiyənin məşhur aktrisası Bərən Saat kökəlməyə qərar verib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa əvvəlki vəziyyətinə qayıtmaq üçün dietoloqa müraciət edib.
Dietoloqlar ona xüsusi qidalanma proqramı hazırlayıblar.
Bərən Saat həyat yoldaşı Kənan Doğulunun kökəlməsi üçün etdiyi xəbərdarlıqdan sonra bu qərara gəlib.
Qeyd edək ki, Bərən Saat 54 kiloqram çəkidən 47 kiloqrama düşüb. Aktrisa sonuncu dəfə “İntiqam” serialı ilə tamaşaçı qarşısına çıxıb.