Meyxanaçı Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Namiq Qaraçuxurlu İnstagram səhifəsində video paylaşıb.
Meyxanaçı bildirib ki, yıxılıb və nəticədə ayağı sınıb.
Həkimlər onun sınan ayağı üzərində 3-4 saat əməliyyat aparıb.
“Hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu da mənə göndərilən bir sınaqdır və sınaqdan səbrlə, dözümlə keçməliyəm. Mən düşünürdüm nəticə bundan ağır olacaq. Bu günkü halıma şükür edirəm. Allah nə göndərsə qəbulumdu. Dualarınızın sayəsində Allahın köməyi ilə tezliklə yenidən ayaq üstdə qarşınıza cıxaram”, - deyə meyxanaçı qeyd edib.