Yeşilçam əfsanəsi Cüneyt Arkın qatıldığı bir verilişdə keçmişi ilə bağlı maraqlı fikirlər dilə gətirib.
Teleqraf.com xəbər verir ki, aktyor tamaşaçılarla salamlaşarkən bir heyranının qolunu dartması nəticəsində yıxılmaqdan özünü güclə saxlayıb.
Yanındakıların müdaxiləsi ilə o, ayaq üstə dura bilib.
Verilişdə karyerası haqda bəzi məqamlardan danışan Arkın peşmanlığını dilə gətirib:
“Kaş daha az filmə çəkiləydim, onda daha cavan qalardım. Dalbadal o qədər filmlərə çəkildim ki, zamanın necə keçdiyini belə anlamadım.
Bir dəfə döyüş səhnəsindən sonra fasilə üçün çölə çıxdım, üzümə külək vurdu. Bahar gəlmişdi və mən bundan xəbərsiz idim”.