Türkiyə məşhur aktyor, aparıcı Əsər Yenənlər öz verilişində beş ay münasibətdə olduğu sevgilisi Dilə Tarkan ilə istirahətə getmək üçün atdığı qəribə addımdan danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aktyor İndoneziyanın Bali bölgəsinə getmək üçün kredit götürüb:
“Sevgilim "Tətilə Baliya gedək" dedi, Quqlda baxdım, çox bahalı idi və pulum çatmırdı. Qızı da aparmalıydım. Axırda banka getdim".
Qeyd edək ki, sevgililərin səyahəti 2016-cı ilin dekabrında baş tutub.