Məşhur amerikalı müğənni Cenifer Lopez yaşadığı sarsıntılar barədə danışıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, müğənni karyerasının ilk illərində təcavüzə məruz qaldığını etiraf edib.
O, açıqlamasında bildirib ki, digər qadınlar kimi şiddət görməyib: “Karyeramın ilk vaxtlarında bir rejissor məndən koftamı çıxarmağımı tələb etdi. Onun dediklərini etmədim”.
48 yaşlı müğənni qeyd edib ki, sevgilisi Aleks Rodriges ilə hazırda davam edən gözəl münasibəti var.