26 Mart 2018 23:44
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Mustafa Sandal və Əminə Sandalın boşanmasında yeni iddialar irəli sürülüb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, cütlüyün evliliklərini bitirməsinə səbəb uşaqların daha çox serb dilində danışması olub. Mustafa Sandal uşaqların türk dilindən çox serb dilində danışmasından narahat olub. Əminə Sandal isə həyat yoldaşına bildirib ki, o, övladlarının serb dilində danışmasına qarışa bilməz. Bu cavabdan sonra cütlüyün münasibətinin bitdiyi deyilir.

Qeyd edək ki, ötən il dekabr ayında cütlük boşanma qərarı verib. Səbəbin Əminə Sandalın keçmiş sevgilisi Marko Miskoviç olduğu deyilirdi.

Marko Miskoviç Serbiyada böyük bir bankın varisidir.


Müəllif: Cəmilə

Oxşar xəbərlər