3 İyul 2018 08:42
2 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada 21 yaşlı məşhur reper Smouk Doq güllələnib.

Teleqraf.com xəbər verir ki, insident Torontoda baş verib. Silahlı toqquşma zamanı 3 nəfər güllə yarası alıb. Onlardan 2-si xəstəxanada ölüb. Onlardan biri 21 yaşlı Cavanta Smart (Smouk Doq) olub.

Polisin məlumatına görə, gənclər silahlı qarşıdurmasının arasında qalıblar.

Qeyd edək ki, ötən ay ABŞ-da da iki gənc reper güllələnmişdi.


Müəllif: Ruslan