19 Avqust 2014 22:10
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeyri adi geyimləri və davranışı ilə hər zaman diqqət mərkəzində olan amerikalı məşhur pop ifaçı Ledi Qaqa açıqlaması ilə yenidən hər kəsi şoka salıb.

28 yaşlı sənətçi kosmosda ailə həyatı quracaq. Qaqanın 33 yaşlı sevgilisi bildirib ki, onlar “Virgin Galactic” kosmik gəmisinin göyərtəsində toy edəcəklər. Cütlüyə yaxın olan mənbədən bildirilib ki, onların nikahı 2015-ci ilə planlaşdırılıb.

"Ledi və Teylor düşünürlər ki, belə bir fürsəti əldən vermək olmaz. Qaqa hər zaman arzu edirdi ki, onun toyu əvəzolunmaz və gözlənilməz olsun. Əlbəttə orada keşiş olmayacaq, ancaq özləri sevgi və inam andı içəcəklər”.

Qeyd edək ki, bu fikirdə olan sənətçilərin sırasında Hollivud ulduzları Eşton Katçer, Bred Pitt və Ancelina Coli də var.

anspress















Müəllif: