“Eurovision-2019” Tel-Əvivdə keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə mahnı müsabiqəsinin təşkilat komitəsi qərar verib.
İsrail tərəfi yarışmanın keçirilməsi üçün daha 2 şəhər Eylat və Qüdsün namizədliyini irəli sürsə də komitə müsabiqənin Tel-Əvivdə keçirilməsi barədə qərar qəbul edib.
Təşkilat Komitəsi Tel-Əviv şəhərinin yarışmanı keçirmək üçün daha uyğun olduğunu və bütün standartlara cavab verdiyini bildirir.
Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision - 2018” mahnı müsabiqəsini İsraildən olan ifaçı “Netta” qazanıb. Qüdsdə ABŞ səfirliyinin açılmasından sonra isə İsrailin baş naziri Benyamin Netanyahu mahnı müsabiqəsinin məhz Qüdsdə keçiriləcəyini bəyan etmişdi. Bundan sonra bir sıra Avropa ölkələri, o cümlədən də Türkiyə yarışmanı boykot edəcəklərini bildirmiş və müsabiqənin təşkilat komitəsinə öz etirazlarını bildirmişdilər.
Qeyd edək ki, “Eurovision – 2019” beynəlxalq musiqi festivalının yarımfinal mərhələləri 14,16 may, final mərhələsi isə 18 may tarixində keçiriləcək.
Hikmət Zeynallı