26 Sentyabr 2018 08:14
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəni “Avroviziya 2012” mahnı müsabiqəsində təmsil edən Can Bonomo qəza keçirib.

Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, motosiklet idarə edən müğənni özündən öndə dayanan avtomobil sürücüsünün ani qapını açması nəticəsində qəza törədib.

Motosikletini avtomobilin qapısına çırpan Can Bonomonun qabırğası çatlayıb, körpücük sümüyündə sınıq əmələ gəlib.

Həkimlər 1 aylıq yataq rejimində müalicə olunmağı məsləhət gördüyündən müğənni oktyabrdakı konsertlərini 1 aylıq təxirə salmalı olub.


Müəllif: Leyla