Ana olmağa hazırlaşan müğənni Rəqsanə İsmayılova Moskvada xətəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, müayinə üçün xəstəxanaya üz tutan ifaçıya həkimlər erkən doğuş diaqnozu qoyublar.
Türkiyədə doğmağı planlaşdıran sənətçiyə ayağa durmaq belə qadağan olunub: "Ana bətnində olan su qurtarıb. Bu səbəbdən həkimlər dedi ki, erkən doğuş olacaq. 7 gün ərzində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri də görmüşdük. Amma belə vəziyyətdə təyyarəyə minməyə icazə verilmir".
Qeyd edək ki, Rəqsanə hamiləliyinin 7-ci ayındadır.