Əslən azərbaycanlı olan tanınmış müğənni Sami Yusuf yenidən Bakıya gəlib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə İnstaqram səhifəsində yazıb.
O bu gün Şəhidlər Xiyabanında da olub.
Qeyd edək ki, ifaçı Azərbaycana 27-30 sentyabr tarixlərində keçiriləcək “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalında iştirak etmək üçün gəlib.