Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva bahalı avtomobilinin olması xəbərinə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, “Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva “Bizimləsən” verilişində yardım istədiyinə görə tənqid olunduğunu vurğulayıb: “Deyirlər ki, niyə maşınını satıb müalicə olunmur? Maşınımın problemi hələ də həll olunmayıb. Bir ildir mən məhkəmələrdə qalmışam. Halal zəhmətlə qazandığım pulla maşın aldım, 1 ay sonra bəlli oldu ki, borcu var.
Vallah, sata bilmirəm. Maşınım məhkəmədədir. Alınsa, niyə satmıram ki? Axırıncı məhkəməni udmuşam, satmağım isə yalnız oktyabrdan sonra mümkün olacaq”.
Qeyd edək ki, Tünzalə Əliyevanın “Hummer” markalı avtomobili var.